Vergilər Nazirliyi "Aqrar İnnovasiya və Təchizat şirkəti" QSC-ni dövlət qeydiyyatına alıb.
FED.az xəbər verir ki, QSC-nin nizamnamə kapitalı 100 min manat təşkil edir, 2019-cu il dekabrın 5-də qeydiyyatdan keçib. Şirkətin rəsmi nümayəndəsi Tofiq Niftəliyevdir.
Bundan əlavə, 2019-cu il dekabrın 5-də “Azərbaycan damazlıq şirkəti” QSC Vergilər Nazirliyində qeydiyyatdan keçib. Şirkətin nizamnamə kapitalı 2 min manatdır. Rəsmi nümayəndəsi Elçin Əzizovdur.