10 min arı ailəsindən ibarət “Arıçılıq kompleksi”nin yaradılması üzrə işlərə başlanılıb.
FED.az "Marja"-ya istinadən xəbər verir ki, Kənd Təsərrüfatı Nazirliyi "ART-PROJE" MMC ilə müqavilə bağlayıb.
Eləcə də bax:Bakıda 110 tona yaxın bal - SATILIB
Məbləği 111 min 415 manat olan müqavilə 10 min arı ailəsindən ibarət “Arıçılıq kompleksi”nin layihələndirilməsini nəzərdə tutur. Layihələndirmə mərhələsindən sonra kompleksin tikintisi aparılacaq.
Arıçılıq kompleksinin layihələndirilməsi işinin satın alınması üçün tender bu ilin İyul ayının sonunda elan edilmişdi.