“Üzümdən ticarətə: Azərbaycan və Bolqar şərab ixracatçıları arasında sinerjinin qurulması” layihəsi çərçivəsində Azərbaycan şərab ixracatçıları bu ilin 8-12 mart tarixlərində Bolqarıstana tanışlıq səfəri zamanı öz məhsullarını təqdim edəcəklər.
FED.az biznes və maliyyə xəbərləri portalı Apa-ya istinadən xəbər verir ki, Alman-Azərbaycan Xarici Ticarət Palatasından (AHK Azərbaycan) verilən məlumata görə, proqrama Plovdiv şəhərində keçiriləcək VINARIA şərab sərgisində iştirak daxildir.
Daha sonra, 14 mart tarixində Palatanın təşəbbüsü ilə 1-ci Avropa İttifaqı-Azərbaycan Şərab Sammitini və 13-17 mart tarixlərində isə Azərbaycan Şərab Marşrutu boyunca tədqiqat səfəri təşkil olunacaq.
Qeyd edək ki, “Üzümdən ticarətə: Azərbaycan və Bolqar şərab ixracatçıları arasında sinerjinin qurulması” layihəsi EUROCHAMBRES tərəfindən idarə olunan Avropa İttifaqının EU4Business: Connecting Companies (EU4BCC) təşəbbüsü tərəfindən maliyyələşdirilir.