2020-ci ilin yanvar-mart ayları ilə müqayisədə cari ilin ilk üç ayında mühüm məhsul növlərindən məişət kondisionerlərinin idxalı 1,6 dəfə, məişət soyuducuları isə 29 faiz artıb.
FED.az Dövlət Statistika Komitəsinin məlumatlarına istinadla xəbər verir ki, bu ilin birinci rübündə paltaryuyan maşınların idxalında 8,5 faiz, mebellərdə 10,9 faiz, hesablama maşınları, blok və qurğularında isə 4 faiz azalma müşahidə olunub.
Qeyd edək ki, hesabat dövründə idxal olunan maşınların, mexanizmlərin, elektrotexniki avadanlıq və aparatların, azqiymətli metallar və onlardan hazırlanan məmulatların, kimya sənayesi məhsullarının, nəqliyyat vasitələrinin, hazır ərzaq məhsulları, içkilər və tütün məmulatlarının, bitki mənşəli məhsulların, plastik kütlə və ondan hazırlanan məmulatların, toxuculuq materialları və məmulatlarının dəyəri üstünlük təşkil edib.