FED.az xəbər verir ki, "Veysəloğlu Şirkətlər Qrupu" sifariş qruplama mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir.
Eləcə də bax: "Zeta Group" işçi axtarır - VAKANSİYA
İş yeri: Bakı şəhəri,Abşeron ray,Məhəmmədi qəs
İş təcrübəsi: 1-3 il
Təhsil: Ali təhsil
Yaş həddi: 23-32
İşin Təsviri: Daxil olan sifarişlərin qruplanması və rutun tətbiqini həyata keçirmək, müvafiq proqramlar əsasında nəqliyyat vasitələrini izləmək, rut planları və sürücü raporlarını hazırlamaq.
Vəzifə öhdəlikləri:
- Müştərək şirkətlərin local müştərilərinin sifarişlərinin qruplanmasını icra etmək;
- Yük maşınların qəbul etdiyi çəkiyə və digər göstəricilərə əsasən əraziyə uyğun izlənilməsini təmin etmək;
- Müştəri məlumat və koordinatlarının , sürücü məlumatlarının və yük avtomobili məlumatlarnı TMS proqramına daxil etmək;
- Günlük olaraq sürücü motivasiyasının işlənərək ayın sonunda raporun hazırlanmasını təmin etmək;
- Günlük olaraq ərazidən gələn problemlər , maliyyət ,əlavə və ya az yürüş etmiş sürücü raporlarını hazırlamaq;
- Əlavə və ya az yürüş etmiş sürücüləri proqram üzərindən araşdıraraq səbəblərini qeyd etmək;
- Korporativ prosedurlar çərçivəsində rəhbərləri tərəfindən verilmiş digər tapşırıqları icra etmək;
Tələblər:
- Yüksək qərar vermə bacarığı;
- Komandada işləmək bacarığı;
- Rus dili biliyi;
- MS Office proqramları biliyi(Xüsusilə MS Excel);
Əmək haqqı: Müsahibə əsasında təyin olunur.
Təminatlar:
- İş yerinə nəqliyyat vasitəsi ilə çatdırılma;
- Nahar ilə təmin edilmə;
- Endirimli tibb xidməti;
- Əmək müqaviləsi.
Müraciət qaydaları: CV-nizi [email protected] elektron poçt ünvanına mövzu hissədə “Sifariş qruplama mütəxəssisi” yazıb göndərməklə müraciət edə bilərsiniz.