Bu ilin yanvar-avqust aylarında xarici ölkələr və beynəlxalq təşkilatların vəsaitləri hesabına əsas kapitala yönəldilmiş vəsaitin 2 milyard 46,1 milyon manatı (80,9 faizi) Birləşmiş Krallıq, Türkiyə, İsveçrə, ABŞ, Yaponiya, Malayziya, Rusiya, İran və Norveç sərmayədarlarına məxsus olub.
Dövlət Statistika Komitəsindən FED.az-a bildirilib ki, 8 ayda tikinti müəssisələri tərəfindən yerinə yetirilmiş inşaat işlərinin 60,9 faizini tikinti, yenidənqurma və genişləndirmə, 10,3 faizini əsaslı təmir, 8,2 faizini cari təmir, 20,6 faizini isə digər tikinti işləri təşkil edib.
Ümumi inşaat işlərinin 81,7 faizini qeyri-dövlət tikinti müəssisələri yerinə yetiriblər.
Azərtac