Türkiyənin Aralıq dənizi və Qara dəniz bölgələrini birləşdirəcək, bu iki ərazi arasında qət edilən məsafəni 6 saata endirəcək avtomobil yolu layihəsinin ilin sonunadək tamamlanması planlaşdırılır.
Eləcə də bax: Azərbaycan-Türkiyə arasındakı uçuşlar 31 marta qədər - LƏĞV EDİLİB
FED.az xəbər verir ki, Osmanlı padişahı İkinci Əbdülhəmid zamanında “Dərəyolu” adı ilə fransız mühəndislər tərəfindən hazırlanan bu nəhəng layihənin təməli ilk dəfə 1929-cu ildə qoyulub. Sonradan dayandırılan “145 illik yuxu” adlı layihənin icrasına 2008-ci ildə yenidən başlanılıb.
Türkiyənin 5 əyalətini birbaşa, 50 şəhərini isə dolayı yollarla birləşdirəcək 818 kilometrlik bu avtomobil yolunun inşasının 95 faizi artıq tamamlanıb.
Azərtac