Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası açıq tender elan edir.
FED.az xəbər verir ki, elanda hazır yemək (catering) xidməti 2024 satın alınması nəzərdə tutulur.
Müsabiqədə iştirak haqqı 450 manat təşkil edir .
Satınalan təşkilatın VÖEN-i : 2701171541
Satınalan təşkilatın ünvanı : Mingəçevir şəhəri, 20 Yanvar küçəsi 12
Müsabiqənin başlama tarixi və vaxtı: 25.10.2023 17:00
Tələb olunan sənədlərin təqdim edilməsinin son tarixi və vaxtı: 17.11.2023 12:00
Təkliflərin son təqdim olunma tarixi və vaxtı: 27.11.2023 18:00
Zərflərin açılış tarixi və vaxtı: 28.11.2023 12:00
Ödəniş şərtləri : Müqavilə imzalandıqdan sonra İcraçının qiymətlər cədvəlində göstərdiyi adda və miqdarda mallar və xidmətlər üzrə İcraçı tərəfindən hesab-faktura, qaimə-faktura, elektron vergi hesab-fakturası, malların təhvil-təslim Aktı təqdim etdikdən və qaimədə göstəriləcək bütün malları təhvil verdikdən sonra 15 (on) bank günü ərzində ödəniləcəkdir.
Çatdırılma yeri : Mingəçevir şəhər 20 Yanvar 12
Çatdırılma müddəti : 31.12.2024 (1 il ərzində həftənin 7 (yeddi) günü, sutkada 3 dəfə olmaqla)
Çatdırılma şərtləri : DDP
Tələb olunan sənədlər :
Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergiödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması
Satınalma müqaviləsini bağlamaq səlahiyyəti olması
Öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı, habelə ödəmə qabiliyyəti olması, müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması
Satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərinin,habelə işlərini idarə edənlərin,qulluqçularının peşəkar fəaliyyətləri,yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması,yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi
Sahibkarlıq subyektinin bölgüsü
Satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlığının olması
Müvafiq sahibkarlıq fəaliyyəti növünün həyata keçirilməsi və ya müəyyən hərəkətlərin yerinə yetirilməsi üçün müvafiq lisenziyaya və ya icazəyə malik olması
İddiaçının son bir ildəki (əgər daha az müddət fəaliyyət göstərirsə, bütün fəaliyyəti dövründəki) maliyyə vəziyyəti barədə bank tərəfindən verilmiş arayış
İddiaçının son bir ildəki fəalyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti (bir ildən az müddətə fəaliyyət göstərirsə həmin dövrü əhatə edən maliyyə hesabatının surəti);
İxtisas göstəriciləri:
Maddi-texniki baza.Yeməyin hazırlandığı yer, şərait haqqında ətraflı məlumat
Malgöndərənlərlə (podratçılarla) vasitəçi olmadan əlaqəni təmin edən, onlarla məlumat mübadiləsini aparan satınalan təşkilatın vəzifəli şəxsi (/ləri) – Eminova Çinarə, Satınalma şöbə müdiri
Email: [email protected]
Əlaqə telefonu: (055)500-45-99