Azərbaycan Respublikasının Mərkəzi Bankı bildirir ki, 01.06.2020-ci il tarixində Əmanətlərin Sığortalanması Fondu ilə birgə keçirilmiş mətbuat konfransında səsləndirilmiş bir məlumatın bəzi kütləvi informasiya vasitələri tərəfindən qeyri-dəqiq işıqlandırılmasına yol verilmişdir.
Bildiririk ki, qanunvericiliyə və normativ tələblərə müvafiq olaraq banklar maliyyә ilinin qurtarmasından әn geci beş ay müddәtindә maliyyә hesabatını auditor rәyi ilә birlikdә maliyyә bazarlarına nәzarәt orqanına tәqdim etmәli və dәrc etdirmәlidirlər. Bununla əlaqədar, əksər banklar tərəfindən müvafiq hesabatların rəsmi internet saytlarında açıqlanması təmin olunmuşdur.
Lakin, koronavirus (COVİD-19) pandemiyasının işin təşkili ilə bağlı yaratdığı çətinliklərlə əlaqədar olaraq “Rabitə Bank” ASC və “Access Bank” QSC tərəfindən Mərkəzi Banka müraciət olunaraq, kənar audit hesabatının açıqlanması ilə bağlı möhlət istənilmiş və müvafiq hesabatların iyun ayı ərzində dərc olunacağı bildirilmişdir. Buna baxmayaraq, mətbuat konfransında səsləndirilmiş bu məlumat təhrif olunaraq adı çəkilən bankların kapital problemlərinin olması formasında yayımlanmışdır. Azərbaycan Respublikasının Mərkəzi Bankı bildirir ki, qeyd olunan məlumat həqiqəti əks etdirmir.