Azərbaycanda Dövlət Sığorta Kommersiya Şirkəti («Azərsığorta») şirkətdə guya koronavirus tapılması haqqında yayılan məlumatlarla bağla açıqlama yayıb.
Şirkətdən FED.az-a verilən məlumata görə, «Azərsığorta» ölkədə koronavirus pandemiyasının yayılmasının qarşısının alınması üçün prezident İlham Əliyevin çağırışına qoşularaq Koronavirusla Mübarizəyə Dəstək Fonduna 100 min AZN vəsait köçürüb. Pandemiya dövründə Nazirlər Kabineti tərəfindən tətbiq edilən məhdudiyyətlərə riayət edərək Hökümətin Qərarlarına və Mərkəzi Bankın pandemiya şəraitində sığorta şirkətlərinin iş rejiminə dair tövsiyyələrinə tam əməl etməklə Şirkətin əməkdaşları sosial məsafəni qorumaqla məhdud sayda işə çıxmışlar, digər əməkdaşlar isə distant şəkildə evdən işləyiblər.
Açıqlamada bildirilir ki, İdarə Heyəti sədrinin birinci müavini Avtandil Hacıyev Ramazan Bayramı günlərində, yəni 26 may 2020-ci il tarixdə Təcili Tibbi yardıma stansıyasına müraciət edib, ondan və ailə üzvlərindən test nümunələri götürülüb. «Götürülən nümunələr nəticəsində A.Hacıyevdə nəticə pozitiv olmuş, lakin onunla bir evdə yaşayan ailə üzvilərində nəticələr neqativ olmuşdur. Aftandil Hacıyevin vəziyyəti isə hal hazırda qənaətbəxşdir və özünü yaxşı hiss edir».
«Azərsığorta» bildirir ki, şirkətin əməkdaşlarında koronavirus infeksiyasının aşkar edilməsi ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir və ölkənin sığorta siyasətinin həyata keçirməsində mühüm rol oynayan Dövlət Sığorta Kommersiya Şirkətinin imicinə mənfi təsir göstərməklə iş ahənginin pozulmasına xidmət edir.
«Eyni zamanda bildirmək istərdik ki, İdarə Heyəti tərəfindən işçilərin həyat və sağlamlığının qorunması məqsədilə preventiv tədbirlər görülür. Əməkdaşlar və Şirkətə gələn müştərilər tibbi maskadan istifadə edirlər, onların hərarəti yoxlanılır, ofis və iş otaqlarımız hər həftə xüsusi məhlullarla dezinfeksiya edilir».
Bundan başqa, şirkıtdən bildirib ki, iyunun 1-də Bakı şəhəri Binəqədi rayon Gigiyena və Epidemoloji Mərkəzin rəhbərliyi Şirkətə dəvət edilib və əməkdaşlarının tibbi test edilməsi üçün siyahı təqdim edilib. Artıq əməkdaşlarımızın tibbi test edilməsinə başlanılıb.
«Respublikada ən geniş filial şəbəkəsinə, zəngin iş təcrübəsinə və kadr potensialına malik olan Dövlət Sığorta Kommersiya Şirkəti könüllü və icbari sığorta növləri üzrə fiziki və hüquqi şəxslərə müasir standartlara cavab verən sığorta xidmətləri göstərməklə Sizin etibarlı sığorta təminatçınız olmağından məmnunluq hissi duyur»-deyə açıqlamada bildirilir.