Avropa İttifaqı və Şengen zonasının sərhədləri 30 gün müddətinə bağlanıb.
Bu barədə Fransa prezidenti Emanuel Makron açıqlama verib. Koronar virus səbəbindən Şengen zonası kənar vətəndaşlar üçün martın 17-dən etibarən bir ay müddətinə bağlı elan eilib.
Avropa Komissiyasının rəhbəri Ursula fon der Layen bildirib ki, məhdudlaşdırıcı tədbirlər azı 30 gün davam edəcək və yalnız xüsusi hallarda istisna olacaq. Belə ki, bundan sonra Şengen zonasına dərman və ərzaq daşıyan sürücülər, diplomatlar, Avropa İttifaqı ölkələri vətəndaşlarının ailə üzvləri, eləcə də koronavirusla mübarizə aparan alimlər daxil ola bilərlər.
Qeyd edək ki, bundan əvvəl Avropa Birliyinin bəzi ölkələri öz ərazilərinə girişi qadağan etmişdilər. Bunlar Estoniya, Litva, Polşa, Çexiya, Slovakiya və Danimarkadır. Makro nonu da bildirib ki, Fransa öz daxilində də yerdəyişmələri qadağan edib.
Bu qərardan sonra Avropa Birliyinin sərhədlərində buraxılış məntəqələri yaradılacaq ki, dərman və tex xarab olanm avtomobillər sürətli rəsmiləşdirmə keçə bilsinlər.