Səhiyyənin İnformasiyalaşdırılması Mərkəzi açıq tender elan edir.
FED.az xəbər verir ki, elanda Vahid Səhiyyə İnformasiya Sisteminin proqram modulların hazırlanması və istifadədə olan proqram təminatlarına lisenziyaların satınalınması” nəzərdə tutulur.
Müsabiqədə iştirak haqqı 450 manatdır.
Satınalan təşkilatın VÖEN-i: 1401798401
Satınalan təşkilatın ünvanı: Bakı şəhəri, M.Mirqasımov küçəsi ev 1a
Müsabiqənin başlama tarixi və vaxtı: 21.07.2023 17:00
Tələb olunan sənədlərin təqdim edilməsinin son tarixi və vaxtı: 11.08.2023 09:30
Təkliflərin son təqdim olunma tarixi və vaxtı: 21.08.2023 09:30
Zərflərin açılış tarixi və vaxtı: 22.08.2023 09:30
Tələb olunan sənədlər
Təşkilati və hüquqi sənədlər:
Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergiödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması Yalnız 01.06.2023 tarixindən sonra alınan arayış qəbul ediləcəkdir;
Malgöndərənin (podratçının) kommersiya qurumunun dövlət reyestrindən çıxarışının, nizamnaməsinin (hüquqi şəxslər), imza səlahiyyətinin olması (direktor təyin edilməsi barədə əmr, əgər təsisçi direktor deyilsə), vergi uçotunda olduğunu təsdiq edən sənədin surəti (VÖEN şəhadətnaməsi) və bank rekvizitləri;
Öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı, habelə ödəmə qabiliyyəti olması, müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması
Satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərinin,habelə işlərini idarə edənlərin,qulluqçularının peşəkar fəaliyyətləri,yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması,yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi
Sahibkarlıq subyektinin bölgüsü
Fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının (mənfəət) surəti (son dövrü əhatə etməli);
Satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, 5 ildən artıq iş təcrübəsinin, texniki imkanlarının maliyyə imkanının, ixtisaslı işçi qüvvəsiə malik olmas, və sair-malgöndərən (podratçı) tərəfindən hazırlanaraq təsdiqlənir.
İnformasiya sistemlərinin proqram təminatlarının hazırlanması üzrə iddiaçının adına tərtib olunmuş ən azı 2 müəlliflik hüququ şəhadətnamələri təqdim edilməlidir;
Fərdi məlumatların informasiya ehtiyatlarının formalaşdırılması və informasiya sistemlərinin yaradılması, onlara xidmətlərin göstərilməsi barədə lisenziya (Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən verilmiş lisenziya);
Malgöndərənin (podratçının) son bir ildəki (əgər daha az müddət fəaliyyət göstərirsə, bütün fəaliyyəti dövründəki) maliyyə vəziyyəti barədə bank tərəfindən təqdim edilmiş arayış. Yalnız 01.06.2023-cü il tarixindən sonra alınan arayış qəbul ediləcəkdir;
İxtisas göstəriciləri:
Satınalan təşkilat tərəfindən meyar müəyyən edilməyib
Malgöndərənlərlə (podratçılarla) vasitəçi olmadan əlaqəni təmin edən, onlarla məlumat mübadiləsini aparan satınalan təşkilatın vəzifəli şəxsi (/ləri) - Ramil İsmayılov, Baş direktorun müavini
Email: [email protected]
Əlaqə telefonu: 4412603 daxili 265