Invest AZ QSC
Daxili Nəzarət və Komplayens üzrə mütəxəssis
Son tarix 16 avq 2024 - [email protected]
Namizədə tələblər:
- Ali təhsil;
- ƏL/TMM sahəsində minimum 2 illik iş təcrübəsi;
- Dil bilikləri: Azərbaycan dili - əla, Rus və İngilis dilləri - yaxşı səviyyədə;
- Kompüter bilikləri: əla səviyyədə;
- Müvafiq sahə üzrə sertifikatı olanlara üstünlük verilir (CAMS, CGSS və.s kimi sertifikatlar).
Səriştələr:
- Operativ və düzgün qərar vermə qabiliyyəti;
- Konfidensial və həssas məlumatlarla işləmək bacarığı;
- Normativ sənədlər, siyasət, prosedur və metodoloji sənədlərlə işləmə bacarığı;
- Araşdırma və təhlil üçün lazım olan məlumatları toplamaq bacarığı;
- Fikrini dəqiq, dolğun və özünə əminliklə yazılı/şifahi təqdim etmə bacarığı.
Vəzifə öhdəlikləri:
- Şirkətin struktur bölmələrində daxili nəzarətin həyata keçirilməsi;
- Daxili qayda və siyasətlərin pozulması ilə müşahidə olunan hadisələrin səbəblərinin araşdırılması və aradan qaldırılması istiqamətində tədbirlərin görülməsi;
- Daxili Nəzarət üzrə qaydalar, hesabatlar, proseslər və digər normativ sənədlərin hazırlanması və onların yerinə yetirilməsinə nəzarət;
- Komplayens sahəsində daxili normativ sənədlərin işlənib hazırlanması və aktual saxlanılması prosesini təmin etmək;
- Komplayenslə əlaqədar şikayətləri araşdırmaq və qiymətləndirmək;
- Xüsusi komplayens indikatorlarına nəzarət etmək;
- ƏL/TMM sahəsində siyasət və prosedurlar üçün qaydaları hazırlamaq / inkişaf etdirmək;
- Mərkəzi bank və MMX tərəfindən daxil olmuş ƏL/TMM ilə əlaqəli sorğuları cavablandırmaq;
- Şirkətin müştəri qəbulu və Öz-Müştərini-Tanı prosedurlarına nəzarət etmək,
- qanunvericiliyə uyğun olaraq müştəri eyniləşdirməsinin həyata keçirilməsinə nəzarət etmək;
- Gündəlik əsasda əməliyyatların ƏL/TMM sistem təminatı vasitəsi ilə monitorinq və idarə edilməsini təmin etmək.
Təklif edirik:
- İş saatları: 09:00-18:00;
- İstirahət günləri: Şənbə, Bazar;
- Nahar;
- Könüllü tibbi sığorta.