Emsan
Baş anbardar köməkçisi
Son tarix 14 yan 2025 -
Vəzifə öhdəlikləri:
- Anbarda iş proseslərini və tabeçiliyində olan işçilərin gündəlik fəaliyyətini təşkilində Baş anbardara kömək etmək
- Baş anbardarın nəzarətində məsuliyyətində olduğu anbarda təhlükəsizlik qaydalarına uyğun fəaliyyəti təşkil etmək və tabeçiliyində olan personaldan bunu tələb etmək;
- Zədəli və servisə göndərilməli olan malların aktlara və sənədlərə uyğun olaraq vaxtında və nəzərdə tutulmuş qablaşdırmada göndərilməsini təmin etmək;
- Tabeçiliyində olan işçi heyətini düzgün yönləndirmək, motivasiya etmək və kollektiv ruhunu qorumaq;
- Satış zamanı və ya sifarış tələbi əsasında anbardan məhz nəzərdə tutulan malın çıxışını təşkil etmək;
- Malların hərəkəti ilə bağlı bütün əməliyyatların prosedurlar üzrə tələb olunan sənədlər əsasında icrasını təmin etmək, əməliyyatların icrasını yoxlamaq (qaimə, aktlar və.s.) və sənədləri arxivləşdirmək;
- Anbarda baş verən fors major hallarda təxirəsalınmaz tədbirlər görmək və bu barədə Baş anbardarı vaxtında məlumatlandırmaq;
- Anbar işinin təkmilləşdirilməsi və proseslərin mükəmməlləşdirilməsi istiqamətində təkliflər hazırlamaq və Baş anbardara təqdim etmək.
İş şərtləri:
- İş rejimi: 6 günlük iş rejimi
- AR Əmək məcəlləsinə uyğun rəsmiləşdirmə
- İş yeri: Xırdalan
- Əmək haqqı: 800 - 900 AZN
Namizədə tələblər:
- Təhsil: Ali
- Yaş: 22-35
- Cinsi-Kişi
- Sahə üzrə minimum 1 il iş təcrübəsi
- Dil bilikləri: Azərbaycan dili (əla)
- İşgüzar və hədəf yönlü, problemləri həll etmə bacarığı
- Nizam-intizamlı, qrupu idarə etmə bacarığı
- Yüksək səviyyədə kompüter bilikləri ( MS Word, Excel, və s.)
İşgüzar və hədəf yönümlü, problemləri həll etmə bacarığı olan yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən mövzu yerində “Baş anbardar köməkçisi” qeyd edərək şəkili CV-lərinizi qeyd edilmiş elektron ünvanına göndərməyiniz xahiş olunur