Bakı şəhər icra hakimiyyəti paytaxta yağan qar və ondan sonra aparılan işlər barədə açıqlama verib.
«Fevralın 24-də Bakı şəhərinə 12 saatdan çox yağan güclü qardan sonra Bakı Şəhər İcra Hakimiyyətinin kommunal xidmətləri tərəfindən operativ tədbirlər həyata keçirilir. Istər gecə, istərsə də səhər saatlarında şəhərin prospekt, küçə və yolları kommunal xidmət əməkdaşları tərəfindən təmizlənib».
FED.az xəbər verir ki, bu barədə İcra Hakimiyyətinin açıqlamasında bildirilir.
Meriya bildirir ki, səhər saatlarından etibarən paytaxtın kommunal xidmətləri şəhərin müxtəlif ərazilərində operativ təmizlik işlərinin həyata keçirilməsinə başlayıblar. «Kommunal xidmətlərin avtonəqliyyat vasitələri və əməkdaşları tərəfindən prospekt və küçələrin kənarlarının çirklənmədən təmizlənməsi, səki kənarları, bordyurların və buradakı işıq dirəklərinin yuyulması, yol kənarlarına yığılan çirkabların təmizlənməsi həyata keçirilib. Küçə və prospektlərdə yerləşən ictimai iaşə və digər obyektlərin fasad və vitrinləri təmizlənib. Eyni zamanda Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Trestinin əməkdaşları yol kənarlarındakı yaşıllıq zolaqlarını yuyaraq təmizləmiş, sinmış ağaclar budanmış, digər lazımı işlər həyata keçirilmişdir».
Qeyd edək ki, paytaxta güclü qar yağdığı fevralın 23-24-ü günlərində Bakının yolları bağlı olub, nəqliyyyatın şhərəkəti dayanıb. Yollar buz bağladığından və vaxtında təmizlənmədiyinə görə ictimai nəqliyfyatın işində də problemlər yaranıb. İlk günlər təmizlik işləri yalnız mərkəzi küçələrdə aparılıb.