Prezident İlham Əliyev Apellyasiya məhkəmələri sədrlərinin və bir sıra birinci instansiya məhkəmələri hakimlərinin və sədrlərinin təyin edilməsi haqqında sərəncam imzalayıb.
FED.az xəbər verir ki, sərəncama əsasən, aşağıdakı hakimlər apellyasiya məhkəmələrinin sədrləri təyin ediliblər:
Əkbərov Mübariz Dosməmməd oğlu – Bakı Apellyasiya Məhkəməsinin sədri
Hüseynov Mirbahəddin Mirdamət oğlu – Gəncə Apellyasiya Məhkəməsinin sədri
Paşayev Tofiq Temir oğlu – Sumqayıt Apellyasiya Məhkəməsinin sədri
Quliyev Nuru Nadir oğlu – Şəki Apellyasiya Məhkəməsinin sədri
Abdullayev Vəli Əsgər oğlu – Şirvan Apellyasiya Məhkəməsinin sədri.
Bundan başqa, Rəşad Şəmşir oğlu Əliyev Şəki Ağır Cinayətlər Məhkəməsinin hakimi və sədri vəzifəsindən azad edilərək Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimi və sədri təyin edilib.
Rafail Əyyub oğlu Əliyev isə Şəki Ağır Cinayətlər Məhkəməsinin hakimi və sədri təyin olunub.
Tapdıq Şükür oğlu Mahmudov da Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin hakimi və sədri təyin edilib.