2025-ci ilin yanvar-may aylarında Azərbaycandan 113 milyon 807 min dollar dəyərində 98 min 695 ton pomidor ixrac olunub.
FED.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, pomidor ixracı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsilə 5 milyon 220 min dollar və ya 4,8%, miqdar ifadəsilə isə 12 min 628 ton, başqa sözlə 14,7% artıb.
2024-cü ildə isə Azərbaycandan 108 milyon 587 min dollar dəyərində 86 min 67 ton pomidor ixrac olunmuşdu.
2025-ci ilin yanvar-may aylarında Azərbaycanın ixrac etdiyi pomidorun 1 kiloqramının orta ixrac qiyməti 1 manat 96 qəpik olub. Xatırladaq ki, 2024-cü ilin eyni dövründə bu rəqəm 2 manat 14 qəpik idi. Bu da illik müqayisədə 18 qəpik və ya 8,4% azalma deməkdir.
Hələlik Azərbaycandan ümumi ixracın 1,03%-i, qeyri-neft sektoru üzrə ixracın isə təxminən 8,09%-i pomidorun payına düşür.