Abşeron iqtisadi rayonu

"Norm" işçi axtarır - VAKANSİYA

"Norm" işçi axtarır - VAKANSİYA | FED.az
19:53 29 İyul 2020

FED.az xəbər verir ki, "Norm" Sement zavodu Baş Daxili Auditor vakansiyası üzrə namizəd axtarır.

Eləcə də bax: "AzBadam” MMC işçi axtarır - VAKANSİYA

Tələblər:

• İqtisadi sahədə (maliyyə, mühasibatlıq, audit və s. ) ali bakalavr təhsili;
• Əlaqədar sahə üzrə minimum 3 il iş təcrübəsi;
• Azərbaycan və İngilis dillərini mükəmməl bilmək, Rus dili bilgisi arzuolunandır;
• MS Office proqramlarını yüksək səviyyədə bilmək, SAP bilikləri arzuolunandır;
• CİA, ACCA kimi beynəlxalq ixtisaslaşmalar üzrə sertifikatları olanlara ustünlük veriləcək.

Tələb olunan kompetensiyalar:

• Müştəri yönümlülük;
• Analitik düşüncə, təşəbbüskarlıq;
• Dürüstlük, obyektivlik, qərar verə bilmə;
• Effektiv kommunikasiya, mübahisələrin idarə edilməsi;
• Vaxtın düzgün idarə edilməsi, stresə dözümlülük;
• Yenilikçilik və davamlı inkişaf;
• Əməyin mühafizəsi qaydalarından xəbərdar olma.

Vəzifə və Öhdəliklər:

• İllik Audit Planına əsasən və ya Plandan kənar həyata keçirilən audit layihələrində qrup üzvü kimi iştirak etmək;
• Daxili audit layihələrinin həyata keçirilməsi üzrə iş proqramını tərtib etmək və icrasına məsul olmaq;
• Dövri olaraq daxili audit yoxlamalarını aparmaq, nəticələr haqqında işçi faylları, hesabatları və s. hazırlamaq;
• Yoxlanılan proses üzrə daxili nəzarət sisteminin adekvatlığını və effektivliyini qiymətləndirmək, rəy formalaşdırmasında iştirak etmək və nöqsanların aradan qaldırılması istiqamətində praktik tövsiyyələr vermək;
• Audit layihələri üzrə hesabatların düzgün, keyfiyyətli və effektiv tərzdə hazırlanmasında iştirak etmək;
• Daxili audit yoxlamaları zamanı mənimsəmə və saxtakarlıq risklərinin qiymətləndirilməsini aparmaq.

CV-ləri müraciət etdiyiniz vəzifənin adını məktubun mövzu xanasında qeyd etməklə [email protected] ünvanına göndərməyiniz xahiş olunur.

Fayl adı uyğun olmayan və müraciət edilən vəzifənin adı qeyd olunmayan CV-lərə baxılmayacaqdır.

Son Müraciət Tarixi: 09.08.20

Digər xəbərlər