Çinin, ABŞ-ın son əlavə gömrük vergilərinə qarşı dərhal cavab tədbirləri görməyəcəyini və danışıqlar aparaq əlavə tariflərin ləğvinə çalışacağını açıqlaması bazarlarda nikbinliyi artırıb. Digər tərəfdən ABŞ-da neft ehtiyatları azalıb.
FED.az xəbər verir ki, həm nikbinliyin artması, həm də ehtiyatların azalması ilə əlaqədar olaraq neft qiymətləri yüksəlib. Bakı vaxtı ilə saat 08:45-ə olan məlumata görə, Brent nefti 1,1% bahalaşaraq barelinin qiyməti 61,16 dollara, ABŞ xam nefti isə 1,6%bahalaşaraq barelinin qiyməti 56.68 dollara yüksəlib.