FED.az xəbər verir ki, "NZA Audit" mühasibat uçotu üzrə Baş mütəxəssis vəzifəsinə vakansiya elan edir.
Yer: Bakı
Həftədə 5 iş günü
Əmək haqqı: Müsahibə əsasında müəyyən olunacaq
Əsas iş öhdəlikləri:
• Gündəlik əməliyyatların və uçot yazılışlarının mühasibat uçotu proqramına daxil edilməsi və ya daxil edilməsinə nəzarət;
• Aylıq, rüblük və illik olan vergi, DSMF, Statistika hesabatlarının hazırlanması və təqdim edilməsi;
• Bank və nağd ödənişləri icra etmək və düzgün sənədləşdirilməsini təşkil etmək;
• Kadrlarla bağlı sənədləşdirilmələrin aparılması;
• Vergi sistemində elektron qaimələrin hazırlanması və şirkətlərin elektron vergi kabinetlərinə nəzarət olunması;
• Aylıq əmək haqlarının, məzuniyyətlərin və işçilərə olan digər ödənişlərin hesablanması;
• Maliyyə hesabatlarının hazırlanması;
• Rəhbərlik tərəfindən verilən sair iş təlimatlarının icra edilməsi.
Əsas bilik və bacarıqlar:
• Mühasibat uçotu, vergi və ya maliyyə sahəsində ali təhsil;
• Mühasibat uçotu və vergi sahəsində 2-3 il tərcübə;
• Azərbaycan Respublikası Vergi Məcəlləsi üzrə yetərli biliklərin olması;
• Bütün vergi və digər dövlət qurumları üzrə verilən hesabatların hazırlanmasında təcrübənin olması;
• MS ofis proqramları üzrə bacarıqların olması (Xüsusilə Excel);
• Azərbaycan və ingilis dillərini sərbəst bilmək (Rus dilini bilmək arzuolunandır);
• 1C mühasibat proqramı üzrə təcrübənin olması arzuolunandır;
• Mühasibat uçotu üzrə sertifikatların olması arzuolunandır;
• Mühasibat uçotu siyasəti və prosedurları barədə biliklərin olması;
• Yaxşı ünsiyyət, problem həll etmə və hesabatlılıq bacarıqlarının olması.
Zəhmət olmasa, tərcüməyi-halı (CV) [email protected] ünvanına "Mühasibat uçotu üzrə Baş mütəxəssis” başlığı ilə göndərin.