Naxçıvan Muxtar Respublikasında vergi daxilolmalarında müsbət dinamika davam edir.
FED.az Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, 2023-cü ilin 9 ayında MR Dövlət Vergi Xidmətinin xətti ilə büdcəyə 120,6 milyon manatdan çox vergi daxil olub ki, bu da ötən ilin eyni dövrünə nisbətən 35 faiz və ya 31 milyon manat çoxdur. Naxçıvan MR DVX-də qeydiyyatda olan vergi ödəyiciləri üzrə vergi daxilolmaları ötən ilin müvafiq dövrü ilə müqayisədə 42 faiz və ya 35 milyon manat artıb.