“ANAMA-nın məlumatına görə, Gəncəyə atılan raketlər SKAD/Elbrus Əməliyyat-Taktik Ballistik Raketidir. Raketin düşdüyü ərazidən əldə olunan fraqmentlər bunu sübut edir.
Sıx məskunlaşmış mülki şəxslərə qarşı qarşı SKAD raketinin atılması Ermənistan hərbi-siyasi rəhbərliyinin əxlaqsızlığı və şizofreniya düşüncəsini göstəricisidir”.
FED.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “twitter” hesabında yazıb.