Azərbaycan Respublikasının Mənzil İnşaat Dövlət Agnetliyi MİDA nın tenderlərinin qaliblərinin adları məlum olub.
FED.az xəbər verir ki, MİDA iki şirkətlə cəmi dəyəri 1 mln 029 min manat olan müqavilə imzalayıb.
Güzəştli Mənzil Sisteminin verilənlər bazası üçün zəruri lisenziyaların satın alınması ilə bağlı SMART İT MMC ilə dəyəri 617470.4 manat olan müqavilə imzalanıb.
Agentliyin ikinci tenderinin qalibi isə R.İ.S.K. ELMİ İSTEHSALAT ŞİRKƏTİ QSC olub. Bu şirkətlə Güzəştli Mənzil Sisteminin informasiya təhlükəsizliyi üzrə həllinin, texniki dəstək xidmətinin və tələb olunan proqram təminatlarının satın alınması ilə bağlı dəyəri 411126.16 manat olan müqavilə imzalanıb.