ÜST-nin rəhbəri xəbərdarlıq edir ki, koronavirusun EG.5 D-19 ştamı “yüksəlişdədir”.
FED.az xəbər verir ki, bu variantın dövr edən digər ştamları əvəz etməməsi faktı təşkilatın narahatçılığına səbəb olur.
Koronavirusun EG.5 D-19 ştamı “yüksəlişdədir”, - deyə ÜST-nin rəhbəri xəbərdarlıq edir. Bir gün öncə Cenevrədə çıxış edən Tedros Adhanom Qebreyesus bildirib ki, qış mövsümü ərəfəsində şimal yarımkürəsində “həyacanlı tendensiyalar” müşahidə olunur. Onun məlumatına görə, Yaxın Şərqdə və Asiyada ölüm hallarının sayı artır, Avropada koronavirusun bu variantı ilə intensiv terapiya şöbələrinə pasiyentlərin yerləşdirilməsi hallarının sayı artır.
ÜST-nin COVID-19 ilə mübarizə üzrə texniki rəhbəri Mariya Van Kerxove bildirib ki, “bu variant dövr edən digər ştamları əvəz etmir” və məhz bu, təşkilatın narahatlığına səbəb olur.
Qebreyesus qeyd edib ki, “ən böyük problemlərdən biri risk qrupundan olan və son zaman COVID-19 əleyhinə vaksin dozasını almayan insanlarda aşağı immunizasiya səviyyəsidir”. Bizim müraciətimiz: “Sizə tövsiyə olunduğu təqdirdə əlavə doza almaqdan çəkinməyin”, deyə ÜST-nin başçısı vurğulayıb.