Amerikalı milyarder, SpaceX-in sahibi və Tesla-nın rəhbəri İlon Mask Twitter sosial şəbəkəsini almaq planından imtina edib.
FED.az xəbər verir ki, bu barədə onun nümayəndəsinin şirkətə məktubunda bildirilir.
Sənəddə bildirilir ki, İlon Mask özünün birləşmə və alqı-satqıdan imtina hüququndan istifadə edir. Nəticədə indi İlon Mask bu alqı-satqını pozduğu üçün «Twitter»-ə 1 milyard dollar ödəməli ola bilər.
Qeyd edək ki, bir qədər əvvəl «Washington Rost» qəzeti yazıb ki, İlon Maskın «Twitter»i almaq barədə müqaviləsi baş tutmaya bilər, çünki milyardder bu qənaətə gəlib ki, «Twitter»də çoxsaylı saxta profillər var və bununla bağlı şirkətin məlumatına yoxlamaq mümkün deyil.
Nəticədə Maskın komandası bu şəbəkəsinin biznes kimi perspektivlərini yoxlamaq imkanna malik deyil.
Bununla yanaşı, qəzet bildirib ki, Mask , «Twitter»i almaqdan imtina etsə, onu ağır məhkəmə çəkişməsi və ola bilər 1 milyard dollar cərimə ödəməsi gözləyir.