Fransa hava məkanını bütün Rusiya təyyarələri və aviaşirkətləri üçün bağlayır.
FED.az xəbər verir ki, bu barədə Fransanın nəqliyyat naziri Jan-Batist Cebbari özünün tvitter hesabında bildirib.
Onun sözlərinə görə, qadağa bu axşamdan etibarən tətbiq olunacaq.
“Rusiyanın Ukraynaya təcavüzünə Avropa tam birliklə cavab verir” – nazir paylaşımında qeyd edib.
Almaniya da bu gün yerli vaxtla saat 15:00-dan (Bakı vaxtilə 17-dən) etibarən öz səmasını Rusiya təyyarələrinə bağlayır.
Bu barədə Almaniyanın Avropa İttifaqındakı (Aİ) Nümayəndəliyi məlumat yayıb.