“EuroHome” tikinti materialları bazarında baş verən yanğın söndürülüb.
FED.az xəbər verir ki, bu gün axşam saatlarında başlayan yanğın yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub. Fövqəladə Hallar naziri Kamaləddin Heydərov və onun müavini Etibar Mirzəyev də hadisənin baş verdiyi əraziyə gəlib.
***
Bakının Binəqədi rayonunda yerləşən “EuroHome” tikinti materialları bazarı ərazisində yanğın başlayıb.
FED.az xəbər verir ki, bu barədə FHN açıqlama yayıb. Dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə qüvvələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub.
Xatırladaq ki, sözügedən bazarda 2019-cu ilin dekabrın 10-da da yanğın baş vermişdi. Həmin vaxt 5 hektar ərazisi olan bazarın 2 hektarı yanmışdı.
FED.AZ Azadliq Radiosuna istinadən yangının video görüntülərini təqdim edir.