Karantin günlərində evdə nə edirik? Televizor, telefonlar, sosial şəbəkələr, «Netfliks», bəziləri kitab oxumaq, digərləri sadəcə oyunlarla başını qatır.
Gənc yaşda, az sərmayə ilə biznes yaratdı – FORBES-İN SİYAHISINA DÜŞDÜ
Koronavirussa görə, faydalanan bizneslərdən biri də stolüstü oyun biznesidir. Lövhədəki fiqurlarla etdiyimiz hər hərəkət, hətta sadəcə gedişləri fikirləşməyimiz belə, stolüstü oyun bizneslərinə böyük gəlirlər gətirir.
Əksəriyyəti bu oyunlarda vaxtı səmərəli keçirməkdən başqa fayda görmürlər. Bəs bu oyun pul barədədirsə, və üstəlik də öz sahiblərinə böyük qazanc gətirisə necə?
Həkim çörək yeməyi qadağan etdi – 11 milyon dollarlıq - BİZNES QURDULAR
Hazırda bütün dünyada stolüstü oyunların 3-də biri «Monopoliya»nın payına düşür
Biznesin sürətlə inkişaf etdiyi, pulların böyük təsirə malik olduğu və biznes düşhüncəsinin hakim olduğu dünyada stolüstü oyunlar puldan kənarda qala bilməzdi. Və çoxlarının xəbəri yoxdur ki, yeni il ərəfəsində «Monopoliya» özünün 85 illiyini qeyd edəcək.
2013-cü ildə «Euromonitor» şirkəti «Monopoly»yanın illik gəlirinin təqribən 400 milyon dollar olduğunu hesablamışdı. Bəzi hesablamalara görə, bu dünyadakı bütün stolüstü oyun satışının 30%-i deməkdir. Müqayisə üçün bildirək ki, «Google» da amerikanın reklam bazarında təqribən belə paya malikdir – «Monopoliya»nın öz sahəsində nə qədər nəhəng olduğunu təsəvvür edə bildinizmi?
“Kanadada 6 şirkətdə çalışmışam, heç birində diplomumu soruşmayıblar” - UĞUR HEKAYƏSİ
Ötən 7 ildə çox şey dəyişməyib və şər şey bu qayda ilə də gedəcəkdi, korornavirus pandemiyası olmasaydı. Pandemiya daha bir bumu ortaya çıxardı: 2020-ci ilin ikinci yarısında «Hasbro»nun istehsal etdiyi stolüstü oyunlara tələbat rekord həddə çatdı. Məsələn Britaniyada stolüstü oyunlar və başsındırma əyləncələrinin satışı 240% artıb, satışların lideri isə «Monopoliya» oldu.
Bu sahənin icmalçılarından və fanatlardan «Monopoliya»nın niyə bu qədər populyar olduğunu soruşsanız, onlar unikal oyun süjetini, nostalgiyanı və ekranlardan uzaq dürmaq istəyini səsləndirəcəklər.
«Bura mənim babamın olub!» - SOVETDƏN ƏVVƏLKİ ƏMLAK KİMİNDİR? - BİZNES TARİXİ
Amma başqa mühüm səbəb də var: oyunun sahibi «Hasbro» şirkəti bu bazarda sözün əsl mənasında real monopoliya yaradıb ki, bu da «Monopoly»nin uzun illər boyu parlamasına səbəb olub.
«Hasbro» stolüstü oyunlar bazarını necə zəbt edib? Yeni stolüstü oyunlar dalğası onun hökmranlığına son qoya bilərmi?
Ailə biznesindən birləşməyə doğru
Stolüstü oyunlar, bizim indi görməyə adət etdiyimiz formada təqribən 19-cu əsrin ortalarında yaranıblar. Həmin dövrlər əksəriyyət dindən ilhamlanaraq uşaqlarına hələ kiçik yaşlarından düzgünlük, mərhəmət və düzgün oyun vərdişləri və xasiyyətləri aşılamaq istəyirdilər.
«Qiyamətə qədər» Nizami Gəncəviyə bağışlanan kənd və Fətəli xanın hədiyyəsi - BİZNES TARİXİ
Vətəndaş müharibəsi və sənayeləşmədən sonra isə stolüstü oyunların əsas mövzusu da dindən və insaydan uzaqlaşaraq kapitalizmə meylləndi. Və heç bir oyun Karneqi və Rokfeller ruhunu «Monopoliya» kimi dəqiq əks etdirmirdi.
«Mononpoliya»nın əcdadı olan «The Landlord’s Game»
Əslində «Monopoliya» oyununun əcdadı başqa bir oyun - «The Landlord’s Game» - «Torpaq sahibləri» idi. Oyunun yaradıcısı Elizabeti Meqi idi, xanım Meqi ictimai fəal idi və ryunu yaratmaqda məqsədi də kapitalizmin mənfi cəhətlərini göstərmək idi.
1000 ildir işləyirlər - DÜNYANIN ƏN QƏDİM ŞİRKƏTLƏRİ
Maraqlıdır ki, Meqinin atası antimonopolist idi, və qızını da bu ruhda tərbiyə etmişdi. Meqinin bununla bağlı axtarışları və maraqlı hesablamaları nəticəsini verdi - «The Landlord’s Game» - «Torpaq sahibləri» oyunu ortaya çıxdı. Oyunun məğzi ondan ibarət idi ki, bütün var-dövlətin bir nəfərin əlində cəmləşməsinin nə qədər mənfi nəticələrə səbəb olduğunu göstərsin.
Kapitalizmə qarşı yaradılan oyun, kapaitalizmə xidmət etdi...
Amma taleyin ironiyasına bax kimi, belə məqsədlə yaradılan bir oyun son nəticədə kapaitalizmin təbliğatına xidmət etdi.
Meri Pilon özünün «Monopolistlər» kitabında yazır ki, bu oyun əvvəlcə 1904-cü, sonra isə 1y924-cü ildə patentləşdirilmişdi. «Ev sahiblərinin oyunu» sürətlə populyarlaşdı və əsl klassikaya çevrildi. Nəhayət, bu oyun Çarlz Derrou adlı bir nəfərin diqqətini cəlb elədi. Həyat yoldaşı ilə kafelərin birində bu oyunu oynayan Derrou bu oyundan heyrətə gəldi və fırıldaq yolu ilə müəllif hüququnu ələ keçirməyə qərar verdi.
Derrou bu oyunun öz variantını - «Monopoliya»nı yaymağa başladı. Sonra isə, baxmayaraq ki, bu oyunu o yaratmamışdı, həmin oyuna lisenziyanı «Parker Brothers» adlı bir ailə biznesinə satdı. 31 dekabr 1935-ci ildə «Parker Brothers» şirkəti oyunun əsl yaradıcısını – Meqini taparaq ondan «The Landlord’s Game»in patentini cəmi 500 dollara aldı. Sonra isə reklamlarda Derrounu «Monopoly»yanın yeganə yaradıcısı elan etdi.
Meqi başa düşdü ki, onu aldadıblar və bütün bunları mətbuata danışdı. Amma geriyə yol yox idi, «Parker Brothers» artıq «Monopoliya»ya olan patentindən istifadə edərək rəqiblərini boğmağa başladı.
Stolun üstündə «mini inqilab»
«Monopoliya» indiyədək mövcud olan stulüstü oyunların dizaynını və prinsiplərini pozurdu. Burada qaydalar qarışıq idi. Bəzən isə oyunun başa çatması üçün az qala günlər tələb olunurdu. Amma oyunçular bundan narahat deyildilər - elə birinci il – 1936-da «Parker Brothers» hər biri 2 dollardan 1,8 milyon ədəd «Monopoliya» oyunu satmışdı. O vaxtın 2 dolları 2020-ci ildə təqribən 37 dollara uyğun gəlir. Bundan sonrakı 30 il ərzində də «Monopoliya»ların illik satışı 1 milyon ədəddən aşağı olmadı.
«Monopoliya» ortaya çıxana qədər «Parker Brothers» şirkəti bankrotluğun bir addımlığında idi. Bu satış və oradan gələn vəsaitlər isə şirkəti batmağa qoymadı.
«Stolüstü oyunlarda və ya oyuncaqlarda uğur nadir haldır. Bir oyunun bir neçə nəsildə populyar olması isə inanılmazdır»- deyə ekspert Meri Pilon bildirir. «Monopoliya» sübut etdi ki, stolüstü oyunlar çox gəlirli ola bilərlər».
Amma «Monopoliya»nın taleyi axıradək «Parker Brothers»lə bağlı olmadı. Gələcəkdə onun sahibi oyuncaq istehsalçısı «Hasbro» oldu. Sonradan bu şirkət stolüstü oyunların real monopolistinə çevrildi.
Öz xoşbəxtliyini 67 il gözləyən şirkət
«Hasbro» təqribən 100 il əvvəl yaradılıb – 1923-cü ildə Hassenfeld qardaşları tərəfindən yaradılan bu şirkət stolüstü oyunlar bazarına 1980-ci illərdə daxil oldu. Həmin vaxt «Hasbro» ucdan tutma bütün oyun şirkətlərini alırdı. Tezliklə «Avalon Hill», «Wizards of the Coast» və «Coleco» da onun sərəncamına keçdi.
1991-ci ildə isə «Hasbro» «Parker Brothers»i «Tonka»dan kənarlaşdırdı. Vaxtilə bu şirkətlərin hər ikisində çalışmış Filip Orbanes bildirir ki, 1990-cı illərdə «Hasbro» stolüstü oyunlar bazarının 85%-nə sahib idi.
«Tvister», «Həyat oyunu», «Battleship», «Candyland», «Scrabble», «Risk», «Clue», «Magic: The Gathering», «Dungeons & Dragons», «Ouija» - bunların hamısını «Hasbro» satırdı. Bunun bir adı vardı – monopoliya.
Əsl monopolist həyatı
Rəqiblərinə qalib gələn «Hasbro» sahənin sahibi kimi özünü aparmağa başladı. Əvvəla o bazarda qiymətləri diqtə etməyə başladı. Nəticədə 2002-ci ildə Britaniyanın Antiinhisar xidməti şirkətə həmin vaxt üçsün rekord sayılan 8 milyon dollar cərimə kəsdi.
Üstəlik, «Hasbro»da iş yerləri azalmağa başladı. Şirkətin satışlarının və əhatə dairəsinin artmasına baxmayaraq onun işçiləri sürətlə ixtisar edilirdi. 1995-ci ildə 13 min işçidən 1998-ci ilə 10 min işçi qalmışdı. İndi isə onların sayı 5,8 min nəfərdir. Amma ən əsası – şirkət yeni oyunların hazırlanmasını dayandırdı.
Şirkət hesab etdi ki, yaxşı oyunları düzgün təbliğ etmək yeni oyun yaratmaqdan daha yaxşıdır. Əsas oyun isə «Monopoliya» idi.
1995-2005-ci illərdə «Monopoliya»nın 230 fərqli versiyası buraxılmışdı. 1997-də «Hasbro» «Ulduz Müharibələri» filmi ilə bağlı oyunlar hazırlamaq üçün lisenziya aldı, eyni mexanizm «Marvel» və «Disney»lə də həyata keçirildi.
Bəzi mütəxəssislər xəbərdarlıq edirdi ki, yeni oyunların ortaya çıxmaması şirkətə əvvəl axır problem yaradacaq. Amma buna baxmayaraq «Monopoly»yanın sayəsində şirkətin gəlirləri ildə 10%-dən az olmayaraq artırdı. Təkcə 2018-ci ilin sonunda, nə vaxt ki, «Hasbro»da tənəzzül baş vermişdi, təkcə iki oyunun – «Monopoly» və «Magic: The Gathering» satışları 212 milyon dollar pul gətirmişdi. Digər oyunlar isə ümumilikdə 267 milyonr dollar qazandırmışdı.
«Biz «Parker Brothers»də olunda sevinirdik ki, 1990-cı ildə ildə 80 milyon «Monopoly» oyunu satmışıq. Hazırda isə illik satış həcmi 300 milyonra çatır»-deyə Maykl Orbanes bildirir.
«Monopoliya» oyununun populyarlaşmasının bu dəfəki səbəbi bütün dünyada intellektual məşğuliyyyətlərə tələbatın yüksəlməsi idi. Üstəlik bunları oynayarkən risk elmək yoxdur, digər tərəfdən eyni oyunu təkrarsız olaraq dəfələrlə oynamaq mümkündür.
Hazırda «Hasbro Gaming» saytında 240 stolüstü oyun tapmaq olar, bunların əksəriyyəti bir neçə 10 illər əvəl icad edilib, 45 oyun isə «Monopoliya»nın müxtəlif variantlarıdır. «Amazon» satıq platformasında isə 676 stolüstü oyun tapmaq olar. Bunların arasında hətta «Monopolistik sosializm» adlanan oyun da var.
Hazırda texnoloji inkişaf da oyunların xarakterini dəyişib. İndi «Monopoliya»nin kompüter və sadəcə «iPhone» üçün variantlarını da tapmaq olar. Yeri gəlmişkən, oyunun «iPhone» variantı o qədər populyardır ki, «App Store»-də saysız hesabsız rəylər yığılıb.
«Monopoliya» bazarında «yeni monopolist»
Amma stolüstü oyunlar bazarı artıq təkcə «Hasbro»dən ibarət deyil.
«Hasbro» şirkəti «Monopoliya»nın müxtəlif variantlarının yaradılmasına və təbliğatına vaxt sərf etdiyi illərdə dünyada yeni stolüstü oyunlar və onların yeni sahibləri peyda oldu. Bu oyunlar daha mürəkkəb strategiyaya və daha cəlbedici dizayna malik idi. Üstəlik bu oyunlarda təkcə rəqabət deyil əməkdaşlıq da mümkün idi.
Bunlardan biri – «Settlers of Catan» əsl hitə çevrildi, 1995-2010-cu illərdə 15 milyon bu oyundan satılmışdı.
2004-cü ildə icad olunan «Ticket to Ride» oyunu da çox populyar oldu və artıq hamı «Monopoliya»nın köhnəldiyini yazmağa başladı.
Fransalı yeni monopolist
Bir qədər sonra isə Fransanın «Asmodee» şirkəti stolüstü oyunlar bazarına daxil oldu. 1990-cu ildə yaradılan şirkət 2014-cü ildə «Eurazeo»na satıldı və ondan bu vaxtadək genişlənməkdə davam edir. 2014-2018-ci illərdə «Asmodee» 20-yə yaxın şirkəti və oyunu aldı. Bunların arasında «Mayfair Games», «Fantasy Flight Games», «Days of Wonder» və «N2Z» vardı. «Catan» və «Ticket to Ride to Arkham» da hazırda «Asmodee»yə məxsusdur.
Nəticədə şirkətin gəliri 2014-cü ildə 127 milyon avrodan 2017-ci ildə 442 milyon avroya yüksəldi. Bu «Hasbro»nun satışlarının yarısı demək idi.
Hazırda stiolüstü oyunlar bazarında 2-3 böyük oyunçu var. Hələlik onların heç biri özünü rahat hiss edə bilməz. Necə deyərlər monopoliyanı dağıtmaq asan deyil, üstəlik əgər onun sahibi özü monopolistdirsə...