Ermənistanın Azərbaycana təcavüzü nəticəsində yaralanmış və həlak olmuş mülki şəxslərin bölgələr üzrə sayı açıqlanıb.
Fed.az xəbər verir ki, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru Vüsal Qasımlı bildirib.
Onun sözlərinə görə, Gəncədə 26 nəfər həlak olub, 142 nəfər yaralanıb, Bərdədə 27 nəfər həlak olub, 95 nəfər yaralanıb, Tərtərdə 17 nəfər həlak olub, 56 nəfər yaralanıb. Ümumilikdə təcavüz nəticəsində həlak olmuş dinc mülki şəxslər və yaralanmış şəxslərin sayı 487-ə bərabərdir”.
V.Qasımlı Ermənistanın Azərbaycana təcavüzü nəticəsində ziyan dəymiş mülki obyektlərin rayonlar üzrə statistikasını da açıqlayıb. O, ümumilikdə 2 753 tikiliyə ziyan dəydiyini vurğulayıb. Onun sözlərinə görə, bu göstərici Tərtər rayonu üzrə 1 102, Ağcabədi 349, Gəncə üzrə 130, Mingəçevir üzrə 11, Ağdam üzrə 775, Beyləqan üzrə 71, Qəbələ üzrə 19, Göygöl üzrə 3, Goranboy üzrə 161, Füzuli üzrə 37 olub.
Ziyan dəymiş tikililərdən 2 442-si fərdi yaşayış evləridir ki, onların da 277-si tamamilə dağılıb: “Ziyan dəymiş evlər isə 2 165-dir. Yardımçı tikililər 311-dir, onların 70-dən çoxu tamamilə dağıdılıb, 241-i isə ziyan görüb.