Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov bu gün Azərbaycana səfər edəcək.
FED.az xəbər verir ki, Rusiyalı nazir Qarabağda vəziyyətin müzakirəsi üzrə bir sıra görüşlər keçirəcək. Sergey Lavrov Bakıda mayın 10-11-i olacaq.
Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib ki, Azərbaycanın rəhbərliyi ilə görüşlərdə ikitərəfli və regional əməkdaşlıq məsələlərinin, həmçinin beynəlxalq arenada qarşılıqlı fəaliyyətin geniş dairəsinə baxılması güman edilir.
“Əsas diqqət Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 9 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli bəyanatlarının həyata keçirilməsinin praktik aspektlərinə ayrılacaq", - deyə o qeyd edib.
Qeyd edək ki, Sergey Lavrov mayın 5-6-da Ermənistana səfər edib. Rusiyalı nazir Yerevanda erməni həmkarı Ara Ayvazyan və baş nazir Nikol Paşinyanla görüşüb.