Son bir ayda türk lirəsinin dollar və avro qarşısında sürətli ucuzlaşması nəticəsində hazırda Türkiyədə 1 dolların məzənnəsi 9,25-9,30 lirə ətrafında dəyişir.
FED.az xəbər verir ki, Türkiyə Azərbaycanın aktiv ticarət etdiyi ölkələrdən olsa da, rəsmilər lirənin ucuzlaşmasının Azərbaycana təsir etməyəcəyin bildirirlər.
«Türk lirəsinin ucuzlaşması Azərbaycana heç cür təsir etməyəcək»- bu barədə Mərkəzi Bankın sədri Elman Rüstəmov bildirib.
Onun sözlərinə görə, Azərbaycan və Türkiyənin maliyyə bazarları qarşılıqlı əlaqədə deyil: «Ola bilər ki, ticarət balansı ilə bağlı müəyyən təsirləri olsun, amma birbaşa təsirini biz görmürük».