Mərkəzi Bank tərəfindən 26.08.2019-cu il tarixində vəsaitlərin cəlb edilməsi üzrə keçirilmiş növbəti depozit hərracında tələb 721.3 milyon manat, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 6,26% təşkil edib.
FED. az xəbər verir ki, Mərkəzi bank 100 milyon manat cəlb edəcəyəni öncədən açılqmışdı. Xatırladaq ki, 19.08.2019-cu il tarixində Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə keçirilmiş növbəti depozit hərracında tələb 732 milyon manat, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 6,26% təşkil edib.