Azərbaycanda 367 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 156 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
FED.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 3 nəfər vəfat edib.
Qərargah Azərbaycanda indiyədək koronavirus infeksiyasına yoluxanların, infeksiyadan sağalanların və ölənlərin sayını da açıqlayıb.
Hazırkı dövrədək 10 324 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 5 739 nəfər müalicə olunaraq sağalıb, 122 nəfər vəfat edib.