Çin məhkəməsi 78 milyon dollar rüşvət alan məmuru ölüm cəzasına məhkum edib.
Akif Çovdarovun müsadirə olunmuş əmlakları geri qaytarıldı - SİYAHI
FED.az xəbər verir ki, Çinin şərqindəki Tai'an şəhərinin orta məhkəməsi Liaoninq Əyalətinin Xalq Siyasi Məsləhət Şurasının keçmiş sədr müavini Li Venksini 540 milyon yuan (78 milyon dollar) rüşvət aldığı üçün ölüm cəzasına məhkum edib.
“People's Daily” qəzetinin yazdığına görə, cəza iki il müddətinə möhlət verilməklə icra olunmalıdır. Hökmlə eyni vaxtda dövlət Li Venksinin bütün əmlakını müsadirə etməlidir. Eyni zamanda, nəşr iki ildən sonra cəzanın daha da yüngülləşdirilməsi hüququ istisna olmaqla, edamın ömürlük həbslə əvəz oluna biləcəyini bildirir.
Məhkəmənin fikrincə, təqsirləndirilən şəxslərin qanunsuz hərəkətləri “Çinin və onun xalqının maraqlarına ciddi ziyan vurub”. Eyni zamanda, rəsmi şəxsin yüngülləşdirici hal kimi tanınan istintaqa fəal kömək göstərdiyi qeyd edilir.
Bundan əvvəl xəbər verilmişdi ki, Çinin Çançun şəhərinin məhkəməsi Çinin keçmiş ədliyyə naziri Fu Zhenghuanı iki illik möhlətlə ölüm cəzasına məhkum edib. Fu Zhenghua ümumilikdə 16,5 milyon dollara yaxın rüşvət almaqda təqsirli bilinib.