«Amazon»un qurucusu Jeff Bezos ötən həftə şirkətin 2,04 milyard dollar dəyərində 12 milyona yaxın səhmini satıb.
FED.az xəbər verir ki, biznesmenin ABŞ Qiymətli Kağızlar və Birja Komissiyasına (SEC) təqdim etdiyi hesabatda bildirilirki, satış fevralın 7 və 8-də baş tutub. Hesabatdan aydın olur ki, Bezos "Amazon"un səhmlərini 169,9-171 dollar qiymətinə satıb.
Dekabrın sonunda Jeff Bezos 988 milyon Amazon səhminə sahib idi ki, bu da bütün səhmlərin 10%-dən azdır.
Fevralın əvvəlində iş adamı elan etmişdi ki, 2025-ci ilin yanvar ayının sonuna qədər şirkətin 50 milyona qədər səhmini satacaq.
Hazırda bu qədər səhmin bazar dəyəri təxminən 8,6 milyard dollar təşkil edir. Ümumiyyətlə, son 22 il ərzində Ceff Bezos «Amazon»un ümumilikdə 30 milyard dollarlıq səhmini satıb. Bunlardan 22 milyard dollarlıq səhmi 2 ildə satılıb – 2021 və 2012.
Ceff Bezos səhmlərin satışının səbəblərini göstərməyib.
Bu arada, satışdan sonra onun sərvətinin ölçüsü 200 milyard dollara qədər artıb və bu göstərici ilə Bloomberg-in hesablamalarına görə, o, İlon Maska daha da yaxınlaşıb.
Xatırladaq ki, hazırda İlon Maskın sərvəti təqribən 209 milyard dollardır. Bir qədər əvvəl Maskın sərvəti 29 milyard dollar azalmışdı. Səbəbi odur ki, Tesla səhmləri 27% ucuzlaşdıqdan sonra məhkəmə Maska ödənilməli olan 55,8 milyard dollarlıq bonusa qadağa qoyub.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.