Abşeron iqtisadi rayonu

Bu rayonda orta əmək haqqı 700 manata çatır – AÇIQLAMA

Bu rayonda orta əmək haqqı 700 manata çatır – AÇIQLAMA | FED.az
21:55 26 Okt 2018

Yasamal rayon İcra hakimiyyətinin başçısı Əziz Əzizov rayonun 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarını açıqlayıb.
 
FED.az-ın məlumatına görə, bu ilin ötən dövrü ərzində Yasamal rayonda sənaye məhsulunun həcmi 293 566 300 manat, nəqliyyat sektorunda xidmətlərin həcmi 109 815 000 manat, rabitə xidmətlərinin həcmi 505 096 000 manat, ümumi investisiyadan tikinti-quraşdırma işlərinə xərclənən vəsait 101 531 000 manat, əsas kapitala yönəldilən investisiyanin həcmi 202 049 000 manat, əhaliyə göstərilən pullu xidmətlərin həcmi 232 133 000 manat olub.

ELƏCƏ DƏ BAX: Azərbaycanın bu rayonunda 20%-dən çox iqtisadi artım olub


Podratçı müəssisələr tərəfindən 515 108 000 manat həcmində işlər icra olunub, 3 082 000 manat əsaslı təmir işləri, 6 477 000 manat cari təmir işləri aparılıb. Ticarət müəssisələrinə 318 700 000 manat həcmində sənaye məhsulu göndərilib, anbarlarda qalan məhsulun həcmi 4 233 000 manata, iaşə müəssisələrinin dövriyyəsi 57 408 000 manata bərabər olub. Sənaye müəssisələrində işləyənlərin sayı 7 862 nəfərə çatmışdır, rayon üzrə orta əmək haqqı 684,2 manata bərabər olub.

Doqquz ayda “Ərazi Məşğulluq Proqramı”na əsasən Yasamal rayon Məşğulluq Mərkəzinə müraciət edən 1112 nəfər daimi işlə təmin edilib. 104 nəfərə işsizlik statusu verilərək onlara işsizlik müavinəti ödənilib.

Digər xəbərlər

Sumqayıtda bina tikintisi üçün - TENDER ELANI
Abşeron iqtisadi rayonu 15 Yan 2019
Sumqayıtda bina tikintisi üçün - TENDER ELANI
10 milyon manat ayırdı – SƏRƏNCAM
Abşeron iqtisadi rayonu 20 Dek 2018
10 milyon manat ayırdı – SƏRƏNCAM