«Absheron Hotel Group» koronavirus infeksiyasının ölkəmizdə geniş yayılmasının qarşısının alınması istiqamətində dövlət tərəfindən həyata keçirilən tədbirlərə dəstək olaraq «Bulvar Hotel»i mart ayının 24-dən etibarən müvəqqəti Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın istifadəsinə verir.
Bu barədə FED.az-a «Absheron Hotel Group»dan məlumat verilib.
Oteldə koronavirusla mübarizə tədbirləri üzrə görülən tədbirlərin bütün xərcləri «Absheron Hotel Group» tərəfindən ödəniləcək.
APA