Ölkənin ən böyük ödəniş terminalları şəbəkəsi olan “MilliÖN” yenidən Azercell ödənişlərini qəbul edəcək.
FED.az xəbər verir ki, çoxsaylı müştəri müraciətlərini nəzərə alaraq, artıq Azercell ödənişləri MilliÖN-də bərpa edildi. Belə ki, istifadəçilər həm MilliÖN terminallarında, həm də mobil tətbiqdə rahatlıqla ödənişləri yenidən həyata keçirə biləcəklər.
Keçid üçün link : https://www.million.az/
Məlumat üçün bildiririk ki, bir neçə ay əvvələdək Azercell ödənişlərini MilliÖN ödəniş sistemi ilə həyata keçirmək mümkün idi. Qısa müddətli fasilədən sonra yenidən Azercell ödənişləri MilliÖN-də tətbiq edilir.
Hal-hazırda 3000-nə yaxın ödəniş terminalı və mobil tətbiqi ilə fəaliyyət göstərən maliyyə texnologiyası şirkəti olan "Komtec" MMC öz fəaliyyətinə 2008-ci ildə başlamışdır. Daim yenilənən xidmətlər barədə daha ətraflı məlumatı www.Million.az saytından, *0010 zəng mərkəzindən və ya şirkətin müxtəlif sosial şəbəkələrdə olan səhifələrindən əldə edə bilərsiniz.



![Azercell ödənişləri yenidən - [red]“MİLLİÖN”də [/red] | FED.az](upload/news/small/395285.jpg)
![Azercell ödənişləri yenidən - [red]“MİLLİÖN”də [/red] | FED.az](upload/news/small/2970071.jpg)







