2023-cü ilin 9 ayında qarşılıqlı turizm xidmətlərinin dövriyyəsi 49.4% artaraq 2.0 mlrd.$ təşkil edib.
FED.az xəbər verir ki, bu, 2023-cü ilin 9 ayın yekunları üzrə Azərbaycan Respublikasının tədiyə balansında deyilir.
Hesabat dövründə turizm xidmətləri üzrə ixracın (1.1 mlrd.$) idxalı (0.9 mlrd.$) üstələməsi nəticəsində 0.2 mlrd.$ həcmində profisit yaranıb . Bu dövrdə xaricə səfər edən Azərbaycan vətəndaşlarının sayı 24.7%, Azərbaycana gələn xarici vətəndaşların sayı isə 32.1% artıb. Xarici ölkələr tərəfindən Azərbaycan rezidentlərinə turizmlə bağlı göstərilən xidmətlərin həcmi 0.9 mlrd.$ olub. Bunun 73.8%-i Azərbaycan vətəndaşlarının şəxsi səfərləri ilə bağlı olub (məkik idxal üçün vəsaitlər istisna olmaqla).