İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində Uyğun qiymətə mənzil təminatının inkişafına dair Strateji Yol Xəritəsinin icra vəziyyəti müzakirə olunub.
FED.az xəbər verir ki, müzakirə zamanı İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı bildirib kiYol Xəritəsində 2020-ci ilədək qarşıya qoyulan tapşırıqlar uyğun qiymətə mənzil təminatının layihələndirilməsi və həyata keçirilməsi səviyyəsinin yüksəldilməsi, dövlət mülkiyyətində olan boş torpaq sahələrinin mənzil tikintisinə cəlb edilməsi nəticəsində layihələrin icra xərclərinin azaldılmasıdır.
Eləcə də bax: Yeni tədris ili ərəfəsində Bakıda - KİRAYƏ MƏNZİL BAHALAŞDI
Bundan başqa rəqabət mühitinin tam təmin edilməsi sayəsində layihələrin xərclərinə qənaət edilməsi, “MİDA” MMC-nin həyata keçirdiyi xidmətlərin böyük hissəsinin “Elektron hökumət” portalı vasitəsilə yerinə yetirilməsi, urbanizasiya probleminin azalması, mənzillərin orta inşaat müddətinin azaldılması, bu günədək mənzillə təmin edilməyən qaçqın və ya məcburi köçkünlərin mənzil şəraitinin yaxşılaşması və ölkənin tikinti sektoruna xarici investisiyaların cəlb edilməsi əsas məqsədlərdəndir.
Müzakirələrdə Prezident Administrasiyası, Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyi, Ədliyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi, “Azərbaycan İnvestisiya Şirkəti” ASC, “MİDA” MMC və Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun nümayəndələri iştirak edib.