Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda icbari sığorta növlərinin hesabına 170,731 milyon manat sığorta haqqı toplanılıb.
FED.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 5,3% çoxdur.
Bundan başqa, hesabat dövründə icbari sığorta növlərinin hesabına 50,463 milyon manat sığorta ödənişi həyata keçirilib. Bu isə illik müqayisədə 13,4% azdır.
Beləliklə, 2020-ci ilin ilk 9 ayı ərzində icbari sığorta növlərindən yığılmış hər 100 manatın 28,1 manatı ödənişə yönəldilib. Bu rəqəm 2019-cu ilin 9 ayında 34,1 manat olub.