Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutan Trans-Adriatik boru kəmərinin (TAP) kommersiya istismarı başlayıb.
FED.az xəbər verir ki, bu barədə TAP AG konsorsiumu məlumat yayıb.
TAP konsorsiumunun icraçı direktoru Luka Skyeppati bildirib ki, öncül təcrübələr və standartlara uyğun hazırlanmış və tikilmiş TAP layihsi ikili şaxələndirməni təmin edir: yeni, etibarlı və dayanıqlı enerji marşrutu və Avropada milyonlarla istehlakçı üçün növbəti onilliklər ərzində təbii qaz mənbəyi.
TAP konsorsiumunun Direktorlar şurasının sədri Murad Heydərov öz növbəsində bildirib ki, "Cənub Qaz Dəhlizi" bu gün enerji ehtiyatlarının nəqli üçün ən müasir və etibarlı sistemdir. O əlavə edib ki, "Cənub Qaz Dəhlizi"nin aparıcı komponenti olan TAP bazarın strateji və rəqabətqabiliyyətli xüsusiyyətlərini əhatə edir.
Qeyd edək ki, dəyəri 4,5 milyard avro olan TAP “Cənub Qaz Dəhlizi” layihəsinin tərkib hissəsidir.