BP şirkəti Azərbaycanda alternativ enerji sahəsində layihələrin həyata keçirilməsində maraqlıdır.
FED.az xəbər verir ki, bu məsələ İqtisadiyyat naziri Şahin Mustafayevin BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz ilə görüşündə müzakirə olunub.
Nazir Ş.Mustafayev Böyük Britaniyanın təcrübə və texnologiyasını qeyd edərək bildirib ki, BP şirkəti ilə neft-qaz sahəsində avadanlıqların birgə istehsalı təşkil edilə, alternativ enerji sahəsində əməkdaşlıq oluna bilər.
Qəri Counz BP-nin ölkəmizdə həyata keçirdiyi və nəzərdə tutulan layihələri barədə məlumat verib, alternativ enerji sahəsində Azərbaycanın potensialını qeyd edib, bu sahədə layihələrin həyata keçirilməsində maraqlı olduğunu bildirib.
Görüşdə Azərbaycanın BP ilə əməkdaşlığının inkişaf istiqamətləri, nəzərdə tutulan konkret layihələr barədə fikir mübadiləsi aparılıb.