Aqrar Sığorta Fondu auditor xidmətinin satınalınması ilə bağlı kotirovka sorğusuna yekun vurub.
FED.az xəbər verir ki, qalib "Grovv audit and consulting" MMC olub.
Şirkətlə 11 446 manat məbləğində müqavilə imzalanıb.
"Grovy and Audit Consulting" MMC daha öncə Dəniz Kənarı Bulvar İdarəsinin 5888 manat dəyərindəki "Dənizkənarı Bulvar İdarəsi Publik Hüquqi Şəxsinin və tabeliyindəki təşkilatların (4 təşkilat) 31.12.2021-ci il tarixə maliyyə hesabatlarının və Konsolidə edilmiş maliyyə hesabatlarının auditi" kotirovka sorğusunun qalibi olub (11.04.2022).