2024-cü il üçün dövlət büdcəsinin sosialyönlü xərcləri 15772,9 milyon manat məbləğində proqnozlaşdırılıb.
FED.az xəbər verir ki, bu Maliyyə Nazirliyinin açıqladığı «2024-cü ilin dövlət və icmal büdcələri üzrə layihələrin təqdimatı»nda bildirilir.
Bu da 2023-cü illə müqayisədə 1034,5 milyon manat və ya 7,0 faiz çoxdur
Həmin xərclərə büdcə xərclərinin əməyin ödənişi fondu, ərzaq məhsullarının alınması, təqaüd və sosial müavinətlər, dərman, sarğı ləvazimatları və materiallarının alınması, icbari tibbi sığorta üzrə xərclər, kommunal, kommunikasiya xidmətləri və digər tədbirlər (20 il və daha çox xidmət etmiş işləyən və ehtiyatda olan hərbi qulluqçuların mənzillə təmin olunması və onlara pul kompensasiyanın verilməsi ilə bağlı nəzərdə tutulmuş xərclər daxildir.