Bu ilin yanvar ayında Azərbaycan vətəndaşları Türkiyədə 68 mənzil alıb.
Eləcə də bax: Əcnəbilər Türkiyədə hər 5-ci yaşayış obyektini - Bu Ərazidən Alır
FED.az xəbər verir ki, bu barədə Türkiyənin Statistika İdarəsinə istinadən bildirilir.
Məlumata görə, bu, 2020-ci ilin yanvar ayı ilə müqayisədə 31 mənzil və ya 31,3 % azdır.
Qeyd edək ki, bu ilin yanvar ayında Türkiyədə 2 712 ədəd əmlak xarici vətəndaşlara satılıb ki, bu da 2020-ci ilin yanvar ayı ilə müqayisədə 1 233 ədəd və ya 31,2 % azdır.
Ötən ay Türkiyədə ən çox mənzil alan İran vətəndaşları olub. Bu ölkədən olanlar yanvarda 459 mənzil əldə ediblər ki, bu da ötən ilin yanvar ayı ilə müqayisədə 219 mənzil və ya 32,3 % azdır.
Növbəti yerdə İraq vətəndaşları qərarlaşıb. Bu ölkədən olanlar ötən ay qardaş ölkədə 385 mənzil əldə ediblər ki, bu da ötən ilin ilk ayı ilə müqayisədə 354 mənzil və ya 47,9 % azdır
İlk 3-lüyü Rusiya vətəndaşları tamamlayır. Bu ölkədən olan vətəndaşlar yanvarda 260 mənzil əldə ediblər ki, bu da ötən ilin yanvar ayı ilə müqayisədə 6 mənzil və ya 2,36 % çoxdur. (Report)