Türkiyədə xarici vətəndaşlar tərəfindən alınan hər beşinci daşınmaz əmlak obyekti Antalya vilayətinin payına düşür.
Eləcə də bax: Azərbaycanlılar ötən il bu ölkədə 1 200-dən çox - Mənzil Alıblar
FED.az xəbər verir ki, bu barədə “Anadolu” agentliyinə tikinti şirkətlərindən birinin İdarə Heyətinin rəhbəri Selman Özgün danışıb.
Onun sözlərinə görə, xaricilər Türkiyənin cənubunda sağlamlıqlarının qorunması tədbirlərinə və turizm potensialına üstünlük verirlər.
Özgün xatırladıb ki, 2020-ci ilin nəticələrinə görə, Antalyada ümumilikdə 104 160 daşınmaz əmlak obyekti satılıb ki, bu da 2019-cu ilin göstəricisi ilə (90 761) müqayisədə 15% çoxdur.
“Nəzərə alsaq ki, son beş il ərzində əcnəbilər Türkiyədə 166 381 daşınmaz əmlak obyekti əldə edib, deməli, satışların 20,2%-i Antalyanın payına düşür”, - Özgün deyib. (Qafqazinfo)