May ayında Türkiyədə qiymətlərin illik ifadədə ən çox bahalaşdığı ərazilər məlum olub.
Eləcə də bax: May ayında Azərbaycan vətəndaşları Türkiyədə 500-dən çox - Daşınmaz Əmlak Alıb
FED.az xəbərn verir ki, mayın sonuna olan məlumata görə, Türkiyədə evlərin və mənzillərin qiyməti lirə ilə ifadədə son bir ildə 72% artıb.
Türkiyənin Endeksa qiymətləndirmə platformasının məlumatlarına görə, mayın sonuna Türkiyədə evlərin orta qiyməti 540 dollar/kvadratmetr, investisiyanın geri qayıtma müddəti isə 17 il təşkil edir.
«Endeksa»nın məlumatına görə, son bir ildə qiymətlərin ən çox yüksəldiyi ərazilər Antalya, İstanbul və Mersin olub. Antalyada qiymətlər 110% yüksəlib, burada mənhzillərin 1 kvadratmetrinin orta qiyməti 770 dollar təşkil edir. İstanbulda qiymət artımı 109% təşkil edib, burada orta qiymət 910 dollardır. Mersində isə illik qiymət artımı 194% təşkil edib. Orta qiymət artımı isə 460 dollardır.
«Endeksa»nın baş direktoru Görkem Hgüt bildirib ki, ötən illə müqayisədə bu il Türkiyədə əmlak satışı 2 qat artıb. Satışların sürətlə artdığı bir vaxtda satılan əmlakların arasında yeni tikililərin payı azalır. Bunun səbəbi tikintinin bahalaşmasıdır.