2022-ci ilin yanvar-may aylarında Azərbaycan vətəndaşları Türkiyədə 571 daşınmaz əmlak satın alıblar ki, bu da 2021-ci ilin eyni dövrü ilə müqayisədə 142 obyekt daha çoxdur.
Eləcə də bax: Bu il azərbaycanlılar Türkiyədə daha çox mənzil alıblar - YENİ RƏQƏMLƏR AÇIQLANDI
FED.az xəbər verir ki, TurkicWorld bu barədə Türkiyənin Torpaq Kadastrı və Daşınmaz Əmlak Alqı-Satqısı üzrə Dövlət orqanına istinadən məlumat verir.
Məlumata görə, 2022-ci ilin may ayında Azərbaycan vətəndaşları Türkiyədə 118 daşınmaz əmlak alıblar ki, bu da 2021-ci ilin may ayı ilə müqayisədə 71 obyekt çoxdur.
2022-ci ilin may ayında Türkiyədə 122 min 768 əmlak satılıb ki, bu da 2021-ci ilin eyni dövrü ilə müqayisədə 107 faiz çoxdur.
Digər ölkə vətəndaşları may ayında Türkiyədən 5 min 962 əmlak alıblar ki, bu da 2021-ci ilin eyni dövrü ilə müqayisədə 2,3 dəfə çoxdur. (Trend)