Torpaq sahələri üzərində mülkiyyət hüquqlarının qeydiyyatı kəskin şəkildə azalıb.
Həyətyanı sahələr “qızıl”a çevrilir: Torpaq evin dəyərinə necə təsir edir?
FED.az xəbər verir ki, bu barədə Azərbaycan Beynəlxalq Bankının (ABB) “Bakı şəhəri üzrə daşınmaz əmlak bazarının təhlili” adlı hesabatında məlumat verilir.
2024-cü il ərzində torpaq sahələri üzrə mülkiyyət hüquqlarının qeydiyyatında ciddi enmə müşahidə olunub. İlkin qeydiyyat göstəriciləri 42%, təkrar qeydiyyat isə 31% azalıb. Hesabatda qeyd olunur ki, bu rəqəmlər 2023-cü ilin eyni dövrü – yanvar-sentyabr ayları ilə müqayisəli şəkildə əldə olunub.
Qeydiyyat əməliyyatlarının sayındakı bu azalma torpaq bazarının aktivliyində zəifləmə ilə müşayiət olunub. Mütəxəssislər bildirirlər ki, əməliyyatların azalması bir çox ərazilərdə qiymətlərin enməsinə səbəb olub.
Torpaq sahələrinə olan tələbin zəifləməsi, eyni zamanda bazarda təklifin sabit qalması, qiymət balansının pozulmasına gətirib çıxarıb. Bu vəziyyət, xüsusilə daha əvvəl artım tendensiyası müşahidə olunan ərazilərdə qiymətlərin tənzimlənməsi ilə nəticələnib.